"Belə şeylərə görə pulumu qazanmamalıyam?" - FƏDAYƏ LAÇIN
    • 30-12-2019, 15:04
    • 707

"Belə şeylərə görə pulumu qazanmamalıyam?" - FƏDAYƏ LAÇIN

Xəzər Televiziyasında yayımlanan "Ay Zaur" verilişinin növbəti qonağı müğənni Fədayə Laçın olub.

News24.az xəbər verir ki, ifaçı proqramda ayrıldığı həyat yoldaşından və atasından söz açıb. O bildirib ki, cəmi 3 il ailəli qalıb: "Atam bizi tərk edəndə mən anamın bətnində idim. Bizi qoyub, başqa qadının yanına getdi. Anam kənddə, atam Bakıda olurmuş, təhsil alırmış. Gəlib şəhərdəki həyatı, dodağı boyalı qızları görüb, kəndi bəyənməyib. 2014-cü ildə atam xəstələnəndə ona qucaq açdıq. Mən isə 1992-ci ildə ailə qurdum, 1995-ci ildə ayrıldıq. Rusiyada işləyirdi, getdi və qayıtmadı. Oğlumla görüşürlər. Başqasıyla evlənib, iki uşağı var".

Fədayə Laçın həmçinin də duet ortağı Tacir Şahmalıoğlu ilə bacısı İlahə Fədanın gərgin münasibətindən də danışıb: "Bacım bizim bir yerdə duet oxumağımızı istəmir. Bunun səbəbini bilmirəm. Ola bilsin ki, mən içəridə olanda aralarında nəsə söz-söhbət olub. Amma bizim bir araya gəlib duet oxumamaq kimi bir şansımız yoxdur. Çünki toy sifarişi gələndə, elə ən çox bizi bir yerdə istəyirlər. Niyə mən belə şeylərə görə pulumu qazanmamalıyam axı?! Problemlərim başımdan aşır. Deyim ki, Tacir ordadırsa gəlməyim?! Mümkün deyil. Bunu Fədayəyə başa salmışam, amma yenə də istəmir".

Sevda Bayramova