Flora Kərimova XƏSTƏXANALIQ OLDU

Flora Kərimova XƏSTƏXANALIQ OLDU
ŞOU-BİZNES

07 yanvar 2020, 16:39

Mətn ölçüsü

"Sağam, narahat olmayın. Sağ olsun bütün dostlarım, jurnalistlər, sevənlərim mənim üçün nigaran qalıblar. İndi yaxşıyam".

Bunu News24.az-a açıqlamasında 78 yaşlı Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib: "Hazırda evdəyəm. Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm, amma indi özümü çox yaxşı hiss edirəm. Hələ bir- iki il də mənə dözməli olacaqsınız".

Sevda Bayramova