Nadir Qafarzadə izləyiciləri haqda: "Hürürlər, amma dişləyə bilmirlər"
    • 5-09-2018, 13:17
    • 1 378

Nadir Qafarzadə izləyiciləri haqda: "Hürürlər, amma dişləyə bilmirlər"

Müğənni Nadir Qafarzadə növbəti dəfə söz-söhbətə səbəb olacaq açıqlama edib. 

İfaçı bu dəfə instagram izləyicilərinə səslənib. Təhqirlərdən bezən N.Qafarzadə bunları deyib:

"Onlar bizi incitmirlər. Sadəcə olaraq hürürlər, amma dişləyə bilmirlər. Nə edək ki, Allah bizi seçib. Əgər sən uğursuzsan sa bu sənin öz günahındır. Çalış xoş söz de ki, Allah da sənə xoş gün göstərsin. Nə qədər söyüş söysən, Allah da sənə qara gün göstərəcək. Çünki tanrı pis sözləri sevmir. Heç olmazsa 10 mübarək söz de ki, Allah ondan birini eşitsin və sənə uğur nəsib etsin".

Teymur Məmmədov