Ağır itkidən sarsılan əməkdar artist: "Dözə bilmirəm"
    • 7-07-2018, 10:26
    • 1 851

Ağır itkidən sarsılan əməkdar artist: "Dözə bilmirəm"

May ayında qardaşını itirən əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadə ağır günlər yaşadığına görə bir müddət ekrandan və yaradıcılıqdan uzaq düşəcək.

Aktrisa buna görə filmlərdən də imtina edib: “Bir müddət yaradıcılıq fəaliyyətimə fasilə verəcəm. Film təkliflərindən də imtina etmişəm.

 Çünki indiki halda səhhətimi düşünürəm. Qardaşımın ölümü məni sarsıtdı, özümə gələ bilmirəm. Dostlar, yaxınlar dəstək olur, amma ağıl ürəyə tabe deyil. Sabah 40 mərasimidir, hələ də onun yoxluğu ilə barışa bilmirəm. Mənə çox ağırdır”.

// Yeniçağ.az