Ağaxan Abdullayevin oğlu da müğənniliyə BAŞLADI - VİDEO - FOTOLAR
    • 13-01-2020, 11:17
    • 2 505

Ağaxan Abdullayevin oğlu da müğənniliyə BAŞLADI - VİDEO - FOTOLAR

Xalq artisti Ağaxan Abdullayevin xatirəsinə həsr olunmuş "Ata" adlı klipin təqdimatı baş tutub.
 
News24.az xəbər verir ki, təqdimatda bir sıra mədəniyyət və ictimaiyyət xadimləri, ailə üzvləri iştirak ediblər. Tədbirdə Xalq artistinin həyat və yaradıcılığına bir daha nəzər salınıb.
 
Daha sonra xanəndənin oğlu Hikmət Abdiullayev "Ata" kompozisiyanı dinləyicilərin ixtiyarına verib. İfaçı ekran işi haqda danışıb: "Bu mahnının sözləri və musiqisi mənə aiddir. Klipdə də onu özüm ifa eləmişəm. Uşaqlıqdan ən böyük arzularımdan biri atamla bağlı belə bir əsər oxumaq idi. Klipdə mənim həm də uşaqlıq illərim əks olunub".
 
Hikmət Abdullayev kamança ifaçısı olsa da, gələcəkdə müğənni kimi formalaşıb bu sahədə öz yolunu davam etdirmək istədiyini bildirib: "Müğənni kimi bu mahnıyla ilk addımımı atıram. Çox istərdim ki, bu mahnı ilə də tanınım. Atamın sənətini davam etdirim, onu yaşadım. Atam mənə daim dəstək olub və hər zaman deyirdi ki, mən istəyirəm ki, yolumu oğlum Hikmət davam etdirsin. Qardaşım da musiqiçidir. O, tar ifaçısısıdır. Atam bizim uğurlarımızla yaşayırdı. Fevralın 6-sı isə onun 70 illik yubileyi olacaq. Mən də oğlu olaraq ona layiq bir iş hazırlamağı özümə borc bildim".

Sevda Bayramova