Röya məşhurları klipinə çəkdi - VİDEO

Röya məşhurları klipinə çəkdi - VİDEO
ŞOU-BİZNES

13 yanvar 2020, 15:17

Mətn ölçüsü

Xalq artisti Röya Ayxan 2020-ci ildə ilk layihəsini təqdim edib. 

News24.az xəbər verir ki, sənətçi bu dəfə rus dilində ifa etdiyi “Влюблена” mahnısını ekranlaşdırıb. Ekran işinin rejissoru Fərhad Əlidir. 
Bəstənin müəllifləri isə Kamran Qafarlı və Rəşad Bağırovdur. Maraqlısı odur ki, klipdə şou-biznesin məşhur simaları da yer alıb. 

Onlar Xalq artistləri Murad Dadaşov, Miri Yusif, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Xəyyam Nisanov, Azad Şabanov, aparıcılar Nəsib Nur, Kamilə Babayeva və başqalarıdır. Klipdə şoumen Murad Dadaşov oliqarx, digər tanınmışlar isə onun qonaqları obrazını canlandırıblar. 

Çəkilişlər iki gün davam edib və R. Ayxan üç obrazda kamera qarşısına keçib. Xalq artistinin stili üzərində Elnur Həsənov və Leyla Məmmədova çalışıb. 

Layihənin baş prodüseri Vüsal Rzazadə, musiqi prodüseri Cavid Əhmədovdur.

YouTube