Elvindən yeni mahnı -
    • 15-01-2020, 14:52
    • 1 103

Elvindən yeni mahnı - "RÖYAMDASAN" - VİDEO

Müğənni Elvin Abdullayev "Röyamdasan" adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

News24.az xəbər verir ki, bəstənin sözləri Zeynəb Ədalətqızı, musiqisi ifaçının özünə məxsusdur.

2020-ci ilə ilk işini təqdim edən Elvin yeniliklərindən bəhs edib. O bildirib ki, hazırda bir neçə mahnı üzərində çalışır: "Çoxdandır klip çəkdirmirəm. Bu il planda bir neçə mahnıya klip çəkdirmək də var. Hazırda başqa mahnılar üzərində işləyirəm. Heç vaxt ruhdan düşmürəm, düşmərəm də".

Sevda Bayramova