"Deputat adına xələl gətirməyin" - NİYAM COŞDU
    • 21-01-2020, 15:13
    • 1 149

"Deputat adına xələl gətirməyin" - NİYAM COŞDU

Müğənni Niyam Salaminin sosial şəbəkədə etdiyi son paylaşımı müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, ifaçı bir çox tanınmışın deputatlığa namizəd olmasını qınayıb: ""İnstagram"ı açıram ki, hələ özünü tamamlamayanlar deputatlığa namizəd olub. Ali savadı, zəkası, gördüyü işlərə inam yoxdur. Yaşına, savadına görə seçilən olsa, heç nə demərəm. Gənclər mahnı oxuyanda, efirə çıxmaq istəyəndə hər zaman dəstəkləmişəm. Amma indi bizim tanıdığımız bir çox gənc, lazımsız insanlar "deputat" adını aşağılamışıq. Sosial şəbəkəni açmalı deyil...Baxıb deyirik ki, buna bax, bu da deputatlığa namizəd oldu. Görün, bu kəlməni nə qədər ucuzlaşdırmışıq. Bilirsiz, deputat olmaq nə deməkdir? Bir universitet bitirib, ayda-ildə bir gün dərsə gedib, sözünün dəyəri olmayan, yerini bilməyən necə deputat olacaq? Bir qalustuk taxır, eynəyi də vurub gözünə, düşüb namizəd olub. Belə şeylər etməyək. Deputat adını aşağılamayaq, adına xələl gətiriməyin".

Sevda Bayramova