Seda Sayanın 7-ci sevgilisi Nihat Doğan News24.az-a danışdı - ÖZƏL-VİDEO
    • 23-01-2020, 20:37
    • 8 020

Seda Sayanın 7-ci sevgilisi Nihat Doğan News24.az-a danışdı - ÖZƏL-VİDEO

O, 90-ci illərdə "arabesk" janrının özünəməxsus səsi ilə həmkarlarından fərqlənirdi. "Bitanesinden-bitanesine", "Allahına kurban", "Vazgeç gönlüm" və bu qəbildən yüzlərlə mahnılara həyat verib. Söhbət Türkiyənin tanınmış müğənnisi Nihat Doğandan gedir. Onu zamanında Türkiyənin imperatoru İbrahim Tatlısesin davamçısı kimi də təqdim etmişdilər.

Futbolçu Pascal Nouma, teleaparıcı Ece Erken, müğənni Alişanla söz-söhbətləri günlərlə, hətta illərlə dillər əzbərinə çevirilidi. Nihatın hər sözü, dilinə gətirdiyi hər replikası, qalmaqalları ilə gündəmə gələn ifaçının dili hər zaman başına bəla olub. Sənətçi həm də şəxsi həyatı ilə çox tanınıb. Vaxtıilə Seda Sayanla eşqləri bütün manşetləri bəzəmiş, ayrılandan sonra isə sərt açıqlamaları ilə çox danışılan Nihat Doğan bu gün paytaxtımızın qonağıdır.

Müğənninin eksklüziv olaraq News24.az-a verdiyi səmimi müsahibəsini təqdim edirik:

Qeyd edək ki, sənətçi paytaxtda toy məclislərinin birində, həmçinin, paytaxtdakı restoranların birində çıxış edəcək. Konserti “Kemal Aslan” müzik şirkəti və təşkilatçı-menecer Vəfa Vaqifqızı təşkil edir.


Müxbir Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov