"Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq" - MANANA
    • 27-01-2020, 16:22
    • 1 632

"Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq" - MANANA

Əməkdar artist Manana Çaparidze evliliyinin 12 ilini qeyd edir.

News24.az
xəbər verir ki, ifaçı sözügedən təqvim haqda şəxsi "İnstagram" hesabında yazıb: "Artıq bizim əvəzolunmaz sevgimizin 12 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə, hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm! Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq".
 
Qeyd edək ki, cütlüyün Elizabet adlı qızı və David adlı oğlu var.   

Sevda Bayramova