Tacir bu dəfə... - VİDEO
    • 29-01-2020, 10:55
    • 1 173

Tacir bu dəfə... - VİDEO

Müğənni Tacir Şahmalıoğlu İlahə Fədayəyə söz atıb.

News24.az xəbər verir ki, Şahmalıoğlu bu dəfə körpə uşağını qucağına alaraq, paltarda və başında papaqla hamama girib: "Uşağı çimizdirmək istəyirəm. Soyunan da söz-söhbət olur. Çox adam deyir ki, onu niyə soyunub çimizdirirsən. Daha belə çimizdirəcəm".

Qeyd edək ki, İlahə Tacirin ünvanına "Biz tərəfdə 40-45 yaşlı kişilər övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən? Xasiyyəti də yoxdur" sözlərini deyib.

Sevda Bayramova