“Hörmətsizlik edirlər...” - Kamil etiraz elədi
    • 1-02-2020, 19:44
    • 1 916

“Hörmətsizlik edirlər...” - Kamil etiraz elədi

Gənc müğənni Kamil Cəfərov əsəbiləşib.

News24.az xəbər verir ki, buna səbəb müğənni Rəqsanə İsmayılova və onun qızı Aysun İsmayılovanın Kamil Cəfərovdan icazə almadan onun mahnısını ifa eləmələri olub.

Məsələ ilə bağlı müğənni saytımıza açıqlama verib: “Bayaqdan qabağıma bir neçə video çıxır. Görüntülərdə isə Rəqsanə xanımla qızı mənim mahnımı başqa bir aranjımanda oxuyurlar. Bundan nə mənim, nə də bəstəkarın xəbəri var. Hətta mahnıma klip də çəkdirirlər. Belə hörmətsizlik olmaz”.

Qeyd edək ki, “Balam” mahnısının ilk ifaçısısı müğənni Kamil Cəfərov, bəstəkarı isə Fərid Kərimlidir.


Sevda Bayramova