"Aygün Kazımovanın ad gününə getmədim, çünki..." - RƏSUL ƏFƏNDİYEV - VİDEO
    • 5-02-2020, 13:23
    • 2 273

"Aygün Kazımovanın ad gününə getmədim, çünki..." - RƏSUL ƏFƏNDİYEV - VİDEO

"Yeni mahnılar üzərində çalışıram. Bu yaxınlarda onlardan birinə klip də çəkdirmişəm. Kiminləsə duet oxumaq haqda hələ ki, düşünmürəm. Son zamanlar təqdimatlarımın sırası seyrəlib. Çünki tələsik iş görmək istəmirəm. Ortaya yaxşı, sanballı yaradıcı iş çıxarmaq istəyirəm. Gənc bəstəkarlardan çoxlu təkliflər alıram, hələ ki, onları dəyərləndirirəm".
 

Bu sözləri News24.az-a açıqlamasında gənc müğənni Rəsul Əfəndiyev deyib. Ifaçı bu yaxınlarda ad gününü qeyd edən Xalq artisti Aygün Kazımovanın məclisində iştirak etməməsinin səbəbini açıqlayıb: "Aygün xanımı çox istəyirəm, amma təssüf ki, onun doğum günündə Bakıda deyildim. Ona görə də gecəyə qatıla bilmədim. Amma təəbii ki, təbrik eləmişəm".
 
İfaçı qarşıdan gələn 14 fevral "Sevgililər günü" münasibəti ilə sevənləri təbrik edib: "Bütün sevib sevilənləri təbrik edirəm. Biz, müğənnilərin onlara hədiyyəsi ancaq musiqi ola bilər. Özəl insana hədiyyəmsə yəqin ki, gül dəstəsi və xoş sözlərim olacaq”.
 
Müğənni qalmaqallara, söz-söhbətlərə rəvac verməməsindən də danışıb: "Şou-biznesdə baş verən heç bir məsələyə reaksiya vermirəm. Sakit şəkildə hər şeyə kənardan baxıram. Bu mənim siyasətim deyil, təbiətçə beləyəm. Qalmaqalı sevmirəm. Məncə, insan işiylə məşğul olub tanınmalıdır. Nəsə baş verəndə də onu gərək təmkinlə və ictimailəşdirmədən həll edəsən. Çünki adı üstündə şəxsi məsələdir. Onu gündəmə gətirmək və yaxud da efirdə nümayiş etdirmək düzgün deyil. Kimsə bunun əksini düşünürsə, bu onun öz işidir".

Sevda Bayramova