Şou-biznesə "Dəli qız" gəldi - FOTO - VİDEO
    • 8-02-2020, 13:48
    • 3 431

Şou-biznesə "Dəli qız" gəldi - FOTO - VİDEO

Model Müjgan Ayxan özünü müğənni kimi də sınamaq qərarına gəlib.

News24.az xəbər verir ki, bu sahədə də iddialı ola M.Ayxan ilk mahnı və klipi üçün təqdimat mərasimi keçirib. Gənc müğənni ifaçılıq kariyerasına sözləri Zaur Nəcəfova, musiqisi Ruslan Səfəroğluna aid olan “Dəli qız” mahnısı ilə başlayıb. Ekran işinin rejissoru Pərviz Salıyevdir. 

Müjgan Ayxan illərdir model kimi fəaliyyət göstərdiyi üçün şou-biznesdə yetəri qədər tanındığı bildirib: “Qərara gəlim ki, modellik fəaliyyətimlə birgə müğənniliyə də başlayım. İnşallah ki, uğurlu olar. Müğənni kimi çoxlarından yaxşıyam. Bir pillə qalıb və bilirəm ki, maksimum iki aya o pilləyə də qalxacağam. Əslində müğənnilərin bir çoxu hiss edirdilər ki, Müjgan nə vaxtsa müğənni olacaq. Hətta səhnədə sərbəst olduğumu və göstərəcəyim performanslarla insanların məni sevəcəyini deyirdilər”.

M.Ayxan tənqid olunmasına da münasibət bildirib:“Tənqidə normal yanaşıram. Bu hər kəsə qarşı olunan bir şeydir. Təhqirləri isə əsla qəbul etmirəm”.
O həmçinin həyatında olan şəxsin ona çox dəstək olduğunu da etiraf edib. 

Təqdimat mərasimində Müjgan Ayxanın yaxın dostları, şou-biznes nümayəndələri də iştirak edib.