"Daha məni əvvəlki kimi maykada kişi gözləmir" - RÖYA
    • 10-02-2020, 12:24
    • 1 881

"Daha məni əvvəlki kimi maykada kişi gözləmir" - RÖYA

"Yenidən ərə getmərəm. Bir kişi ilə eyni evdə yaşaya bilmərəm. Oğlumun 10 yaşı var. Bundan sonra "mən deyim kişi eləsin, kişi desin, mən eləyim"lə yaşayacam? Yox, istəmirəm".  

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "ATV Maqazin ONLARLA" verilişində deyib. O, bildirib heç zaman yenidən ailə qurrmaz: "Evə gedirəm, görürəm ki, oğlum yastığı qucaqlayıb. Daha əvvəlki kimi maykada kişi məni gözləmir. Amma zaman-zaman sevgi münasibətlərim olur. İndi kişilərə baxıram, deyirəm ki, mən bunlardan çox bilirəm". 

Sevda Bayramova