USD 1.7
EUR 1.8352
TRY 0.2784
RUB 0.0265
  • Bakı 9°C
  • ŞUŞA 13°C
  • GƏNCƏ 17°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 16°C
  • QUBA 9°C
  • NAXÇIVAN 12°C

Onur Tunadan "Ağır Romantik" paylaşımı - VİDEO

Şou-biznes

Mətn ölçüsü

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi və sabah İstanbulda təqdimatı keçiriləcək "Ağır Romantik" filmi ilə bağlı ekran işinin baş qəhrəmanı Onur Tuna paylaşım edib.

News24.az xəbər verir ki, aktyoru şəxsi instagram hesabında izləyiiciləri ilə filmin treylerini bölüşürək "Ağır Romantik"in 14 fevral tarixindən etibarən kinoteatrlarda yayımlanacağını bildirib. 

Fraqman qısa zaman ərzində 50 mindən çox izlənilib. Hər kəs tərəfindən çox bəyənilən filmə maraq yetəri qədər böyük olub. İstifadəçilər yazılan şərhlərdə filmi mütləq izləyəcklərini vurğulayıblar.

Qeyd edək ki, "Ağır Romantik"də Onur Tuna ilə birgə tanınmış aktrisa Tuvana Türkay da rol alıb.  Ekran işində eyni zamanda Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simalar çəkilib.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. 

Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, "Ağır romantik"in qala gecəsi fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.

Video

Xəbəri paylaş: