Xatirənin ərindən Zaura təpki: "ADIMI ÇƏKMƏ!"

Xatirənin ərindən Zaura təpki:
ŞOU-BİZNES

15 fevral 2020, 15:00

Mətn ölçüsü

"Həyat yoldaşım əsəbləşib mənə deyir ki, dostun Zaur efirdən ünvanıma söz atır. Ona iki-üç kəlmə sözüm olacaq. Çünki Zaur efirdə mənə dedi ki, get, ərinə denən 3 aylıq maaşını yığıb sənə istədiyin telefonu alsın. Fəxrəddin onun bu replikasından qıcıqlanıb. Deyir, Zaura denən, o, mənim 3 yox, yarımaylıq maaşımdır. Efirdə mənim adımı çəkməsin".

News24.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam Xəzər Televiziyasında yayımlanan "Şən bazar" verilişində deyib.

O, bildirib ki, teleaparıcı Zaur Kamalın canlı efirdə ifaçının həyat yoldaşına söz atması Fəxrəddin Musayevi özündən çıxarıb.

Qeyd edək ki, Zaur Kamal prodüser Tarix Əliyevin yeni telefonunu nümayiş etdirib. Xatirə isə qiyməti 4 min manat olan telefondan xoşu gəldiyini söyləyib. İfaçının "Necə edim ki, bu telefondan məndə də olsun sözlərinə aparıcı "Axşam həyat yoldaşının qarşısında yarım saat ağla, denən 3 ay maaşını yığ, mənə bu telefondan al" cavabını verib.

Sevda Bayramova