İlkin Həsəni ATV-dən getdi
    • 17-02-2020, 20:19
    • 1 386

İlkin Həsəni ATV-dən getdi

"Dostlar salam, sosial şəbəkələrdə haqqımda yayılan məlumat həqiqəti əks etdirmir". 


News24.az xəbər verir ki, bu fikirləri teleaparıcı İlkin Həsəni haqqında yayılan xəbərlərə münasibət bildirib:


"Əziz jurnalistlər nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir".