"Qadına şiddət təbliğ olunur, heç kim səsini çıxarmır..." - TANINMIŞ APARICIDAN ETİRAZ
    • 21-02-2020, 10:14
    • 1 531

"Qadına şiddət təbliğ olunur, heç kim səsini çıxarmır..." - TANINMIŞ APARICIDAN ETİRAZ

"Başını kəsərəm, öldürərəm nədir?" - Nə redaktor, nə prodüsser, daha sonra montajçı, kanal rəhbərliyi belə buna reaksiya verməyib. Qadına şiddətin olduğu ölkədə TV-də açıq təbliğat gedib və susublar. Üstəgəl, kanal bunu öz "Youtube"na yerləşdirib. MTRŞ hələ də reaksiya verməyib".

News24.az xəbər verir ki, bu sözləri "Avtostop" verilişinin aparıcısı Tural Yusif sosial şəbəkədə keçmiş iş yeri ATV haqda yazıb. O, "Ən yaxşısı" verilişində müğənni Manaf Ağayev və aparıcı Mətanət Əliverdiyeva arasında keçən, qadına şiddəti təbliğ edən söhbətə münasibət bildirib:

"Bir müddət sonra məzlumun birini öldürəcəklər, eyni telekanalda bu cinayətdən danışılacaq, göz yaşı töküləcək və artistlik ediləcək. Bir insan olaraq fayda vermək əvəzinə, bu nə işdir məşğulsunuz? Nədir bu söhbətin mənası? Verilişin dramaturgiyasının tələbidir? Siz kimə nə örnək olursuz? Faydanız nədir? Nə öyrətdiniz? Efirin məsuliyyətini anlayırsız? “#qadınaşiddətəyox” yazmayın, şiddəti təbliğ etməyin, qınayın, bəs edər".

Sevda Bayramova