Elza və Elgiz Eldarı tənqid etdi: "Eurovision"da sındıra-sındıra oynamısan. Göydən yerə düş" - VİDEO
    • 12-09-2018, 11:58
    • 1 467

Elza və Elgiz Eldarı tənqid etdi: "Eurovision"da sındıra-sındıra oynamısan. Göydən yerə düş" - VİDEO

Əməkdar artist Elza Seyidcahan və aparıcı Elgiz Əkbər müğənni Eldar Qasımovu sərt tənqid edib. 

Buna səbəb isə ifaçının bir müddət əvvəl dediyi "Azərbaycanlı müğənnilərə qulaq asmıram" sözləri olub. 

E.Seyidcahan Eldar Qasımovun ünvanına "Sağ olsun dövlətimiz sənə dəstək olub musiqsi yarışmasına yolladı. "Eurovision"da sındıra-sındıra oynamısan. Bu o demək deyik ki, ölkəmdə məni təhqir etməlisən". 

Aparıcı Elgiz Əkbər də əməkdar artistin sözlərinə dəstək olub:

"Əgər bu xalq sənə dəyər verəcəksə, sənin dıyırin olacaq. Əgər sənə dəyər verməyəcəksə kim olursan ol heç kimə lazım deyilsən. Bir az göydən yerə düş və ayıl. Gör sağında və solunda kimlər var".

Teymur Məmmədov