"Biz də bir-birimizi yesək..." - ZÜLFİYYƏ BAYRAMOVA
    • 24-02-2020, 16:16
    • 1 346

"Biz də bir-birimizi yesək..." - ZÜLFİYYƏ BAYRAMOVA

Aparıcı Zülfiyyə Bayramova bir neçə gündür ATV və İctimai Televiziyanın aparıcıları - Mətanət Əliverdiyeva ilə Azər Aydəmir və Tural Yusifov arasında yaşanan qalmaqala münasibət bildirib.

News24.az xəbər verir ki, Zülfiyyə "İnstagram" hesabında həmkarlarını bir-birinə dəstək olmağa çağırıb: "Nə olar, etməyin, eləməyin. Çox az qalmışıq. Biz də bir-birimizi yesək, heç nə qalmayacaq bizdən. Həyat çox qısadır, gəlin, səhvimizlə, doğrumuzla bir-birimizin yanında olaq. Bizim bizdən başqa müdafiəçimiz yoxdur. Hər birimiz çörəyimizi yüz əzab-əziyyətlə qazanırıq. Sevin bir-birinizi, ölümün qapımızı nə vaxt döyəcəyini, başımızın üstünü haçan kəsdirəcəyini bilmirik. Gəlin, elə edək ki, sonda peşman olmayaq. Mən sizi sevirəm".

Sevda Bayramova