Bu da Əməkdar artistin MALİKANƏSİ - VİDEO

Bu da Əməkdar artistin MALİKANƏSİ - VİDEO
ŞOU-BİZNES / Video

25 fevral 2020, 11:17

Mətn ölçüsü

Azad Azərbaycan Televiziyasında yayımlanan "ATV Maqazin ONLARLA" verilişi bu dəfə Gürcüstanda çəkilişlərini aparıb.

News24.az xəbər verir ki, verilişin növbəti buraxılışında Əməkdar artist Manana Çaparidzenin məktəbini, müəlliminin evini, yaşadığı dəbdəbəli evini və ailəsini işıqlandırılıb.

Manana gözlənilməz açıqlamalar verib: "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma. Mənə dedi ki, yoldaşın gürcü olacaq, adı Q ilə başlayacaq. İki uşağın olacaq. Dedi ki, siz müğənnisiz. Məşhur olacaqsız, amma Gürcüstanda yox, başqa ölkədə. Atam dünyasını dəyişəndə bir ilini Gürcüstanda qeyd etmək istədim. Anamla Qara dəniz sahilinə gəldik, su ilə söhbət etməyə başladım: artıq mən ailə qurmağa hazıram. Birdən sahilə üç oğlan yaxınlaşdı. Onlardan biri yaxınlaşdı bizə, başladı anamla söhbət etməyə. Georgi ilə anamın söhbəti yaxşı alındı. Sonra Georgi məni tapdı, mesaj yazdı. Beləcə, münasibət quruldu".

Sevda Bayramova 

YouTube

YouTube 2-ci hissə