Fəlakət iki maraqlı xanımla... - VİDEO
    • 25-02-2020, 15:03
    • 1 635

Fəlakət iki maraqlı xanımla... - VİDEO

"Həm "Buğlama"da, həm də "Fəlidən doğru xəbər" layihəsində işlər çox yaxşı gedir. Düzdür, hələ ki, tamaşaçılar bizi ayrı-ayrı görməyə öyrəşməyiblər, amma qərara gəldik ki, işbirliyimizi ayrı-ayrı yöndə davam etdirək. Amma dostluğumuz davam edir".

Bu sözləri News24.az-a açıqlamasında aktyorlar Nicat Rəhimov və Elşən Orucov deyiblər. Orucov "Youtube" layihəsinin növbəti buraxılışından danışıb: " Bilirsiniz, mənim heç vaxt tək fəaliyyət göstərəcəyəm kimi bir məqsədim olmayıb. Sadəcə, bu, bütün "Bozbaş pictures" komandasının qərarı idi, amma nəticədən razıyam, işlərimiz ayrı-ayrılıqda çox yaxşı gedir. Verilişimin yeni bölümündə iki maraqlı xanım qonağım olacaqlar, Sevil və Sevinc bacılar"..

Aktyor Nicat Rəhimov obrazları haqda söhbət açıb: "Əvvəllər tamaşaçılar məndən ancaq "Şirin"i istəyirdilər. Nə vaxt k,i başqa obraza bürünürdüm, onda qəbul olunmurdum. Amma zaman keçdikçə digər rollarım da tədricən sevildi".

Rəhimov həmkarı İlkin Həsəninin ATV-dən ayrılması məsələsinə də aydınlıq gətirib: "Yalan söhbət idi. 5 il öncə mən, İlkin Həsəni, Elşən Orucov öz istəyirimiz ərizə yazıb ştatdan çıxmışıq. Hazırda ora ilə işləmirik. Sadəcə, müəyyən layihələrimizi ATV-yə veririk. Yəni "prodakşın" kimi əlaqələrimiz var".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov