Ruhi Əliyeva sevənlərinə ÇAĞIRIŞ ETDİ - VİDEO
    • 28-02-2020, 11:31
    • 2 001

Ruhi Əliyeva sevənlərinə ÇAĞIRIŞ ETDİ - VİDEO

İş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım"ın"  ərsəyə gətirdiyi və məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı "Ağır Romantik" filminin Bakıda təqdimatı keçiriləcək.

News24.az xəbər verir ki, bununla bağlı işgüzar xanım "İnstagram"da paylaşım edib. Filmin baş rol ifaçıları olan Onur Tuna, Tuvana Türkay, Durul Bazan həmçinin də, tanınmış sima Ruhi Əliyevanı görmək istəyənlər mart ayının 7-də "Gənclik Moll"-da yerləşən "Cinema Plus"-a gələ bilərlər. Burda siz onlarla birgə şəkil çəkdirə, imza ala, həmçinin də filmi izləyə bilərsiniz.

Qeyd edək ki, filmin bilet sayı məhduddur. Biletləri "Cinemaplus"dan və Cinemaplus.az saytından əldə edə bilərsiniz.

Sevda Bayramova