"Məni Zaur adam eləməyib" - MUŞQULAT 5/5-DƏN AYRILDI
    • 28-02-2020, 17:57
    • 1 144

"Məni Zaur adam eləməyib" - MUŞQULAT 5/5-DƏN AYRILDI

Hamının Aşıq Muşqulat kimi tanıdığı aktyor, parodist Elnur Mahmudov uzun müddət çalışdığı "5/5" verilişindən ayrılıb. 

Bu haqda aktyorun özü News24.az-a məlumat verib.

O, bildirib ki, layihədən ayrılma səbəbləri çoxdur: "Çox səbr elədim və sonunda ordan çıxmağa qərar verdim. Düzdür, sözügedən verilişə məni Zaur Kamal gətirib, amma onillik "Planet Parni iz Baku"dakı fəaliyyətimi, deyəsən, unudublar. Çünki Zaur deyir, səni məni adam eləmişəm. Halbuki hər şey qarşılıqlı olur. Əgər, aktyor kimi maraqsız olsaydım, məni orda bir gün belə saxlamazdı. Mənə etimad göstərilib, mən də onu doğrultmuşam. O verilişə də hazır, bişmiş, səhnə görmüş aktyor kimi getmişdim. Yəni, məni heç kim "adam eləməyib". Orda da 30 parodiyam olub. Yenə də narazılığım yoxdur, hər şeyin əvvəli olduğu kimi, sonu da var. Hazırda "Planet Parni iz Baku"ya qayıtmışam. Orda 5 günlük böyük konsertə hazırlaşırıq".

Məsələylə bağlı teleaparıcı Zaur Kamalla da əlaqə saxladıq. Kamal sözügedən verilişinin layihə rəhbəri olmadığına görə, bu haqda danışmaq istəmədi.

Sevda Bayramova