“Onlar arasında nankorlar oldu” – Roza dilə gəldi
    • 13-09-2018, 15:20
    • 1 944

“Onlar arasında nankorlar oldu” – Roza dilə gəldi

“Mən hər zaman gənclərə dəstək olmuşam. İstəmişəm ki, tanınsınlar, qabağa getsinlər. Düzdür, içlərində nankorları da olub. Amma çoxları dəstəyimi unutmayıb”

Bu sözləri açıqlamasında müğənni  Roza Zərgərli deyib. O gənc müğənni, çoban kimi tanınan Pərvin Səfərovla işbirliyindən də danışıb:

“Pərvin də səsini bəyəndiyim gəncdir. Öz gücünə tanındı, “O səs Türkiyə”də sözünü dedi. Artıq tələbədir, konservatoriyaya qəbul olub. Bir neçə aydır ki,  birlikdə çalışırıq. Mahnı artıq çıxıb, klipin çəkilişinə başlayacağıq. Klip hazır olan kimi böyük təqdimat olacaq”.

Zərgərli “Maşın” şouda qazandığı  avtomobilin aqibətindən də danışıb:

“Qalib oldum, amma götürmədim, Murad Dadaşova qaytardım. Aqibəti ilə maraqlanmamışam. Bununla bağlı daha doğru məlumatı Murad bəy verər”.

Teymur Məmmədov