"Baş verənlər yuxu kimi görünür" - NURA KORONAVİRUSDAN YAZDI
    • 3-03-2020, 14:25
    • 1 397

"Baş verənlər yuxu kimi görünür" - NURA KORONAVİRUSDAN YAZDI

Son günlər dünyanın gündəmi zəbt edən koronavirus mövzusuna müğənni Nura Suri də münasibətin bildirib.

News24.az xəbər verir ki, Nura Suri bu barədə sosial media hesabında post paylaşaraq virusun varlığına inanmadığını yazıb: "Hamı ölümdən qorxur. Alış-veriş mərkəzlərində üç gündür ki, adam azdır. Demək olar ki, axşamlar boş olur. Əslində çox qəribə haldır. Elə bil ki, ölkələri bir-birindən ayırırlar. Blokadaya salırlar. İnsanlar bir-birindən qorxurlar, ünsiyyətdən qaçırlar. Belə bir virusun varlığına inanmıram. Çox yaxşı düşünülmüş bir oyuna bənzəyir. Nəsə baş verir. Bəlkə də, üçüncü dünya müharibəsi başlayıb. Baş verənlər yuxu kimi görünür".

Sevda Bayramova