"Ağır romantik" filminin aktyorları Bakıda izdihamla QARŞILANDILAR - VİDEO
    • 7-03-2020, 17:22
    • 1 419

"Ağır romantik" filminin aktyorları Bakıda izdihamla QARŞILANDILAR - VİDEO

İş xanımı Ruhi Əliyevanın rəhbərliyi ilə "Liatris Yapım"ın ərsəyə gətirdiyi "Ağır Romantik" filminin baş rol ifaçıları Onur Tuna, Tuvana Türkay və Durul Bazan Bakıya gəlib. 

News24.az-ın məlumatına görə aktyorlar "Gənclik Mall"da yerləşən "CinemaPlus"da sevənləri ilə görüşüblər. İş xanımı və aktyorlar qırmızı xalçadan keçərək zala daxil olublar. Onları orda yüzlərlə pərəstişkar alqışla, izdihamla və coşğu ilə qarşılayıb.

Aktyorlar Bakıya gəldikləri üçün məmnun olduqlarını xüsusi ilə vurğulayıblar. Filmin yaradıcı heyəti sevənləri ilə şəkil çəkdirib, ünsiyyətdə olub, imza paylayıblar.

Sevda Bayramova
VİDEO: Fərid Şabanov
FOTO: Teymur Məmmədov