"Onuru incitməkdənsə, başımı divara çırpıb yarmağı tərcih edərəm" - TUVANA TÜRKAY - VİDEOMÜSAHİBƏ - EKSKLÜZİV
    • 7-03-2020, 16:41
    • 966

"Onuru incitməkdənsə, başımı divara çırpıb yarmağı tərcih edərəm" - TUVANA TÜRKAY - VİDEOMÜSAHİBƏ - EKSKLÜZİV

İşgüzar xanım Ruhi Əliyevanın rəhbərliyi ilə "Liatris Yapım"ın ərsəyə gətirdiyi "Ağır Romantik" filminin baş rol ifaçıları Onur Tuna, Tuvana Türkay və Durul Bazan Bakıya gəlib.

News24.az-a eksklüziv müsahibə verən T. Türkay və O. Tuna kameramıza çox səmimi görüntüləniblər. Cütlük Türkiyənin qalasında yaranan qalmaqaldan, birgə çəkildikləri "Ağır romantik" filmindən, dostluqlarından və bir çox maraqlı məqamlardan danışıblar. 

Aktyorlar 8 ildir dost olduqlarını və aralarında hər hansısa bir problem olmadıqlarını News24.az mikrafonuna etiraf ediblər. "Onuru incitməkdənsə, başımı divara çırpıb yarmağı seçərəm" deyərək Onur Tunaya olan xoş münasibətini dilə gətirib: "İstanbuldakı qaladan sonra Türkiyə mediası bir çox xəbərlər yazdı. Əlbəttə xəbər olmayanda belə hallar yaşanır. Bunlara biz öyrəncəliyik. Amma dünyada hazırda bu qədər problemli bir məsələ hökm sürərkən,medianın gündəmində bu məsələnin olması məni üzür".  

Sevda Bayramova
VİDEO: Fərid Şabanov
FOTO: Təymur Məmmədov