Ruhi Əliyeva, Onur Tuna və Durul Bazan Fəxri Xiyabanda - FOTO - VİDEO
    • 8-03-2020, 18:40
    • 1 299

Ruhi Əliyeva, Onur Tuna və Durul Bazan Fəxri Xiyabanda - FOTO - VİDEO

Azərbaycanın tanınmış işgüzar xanımı Ruhi Əliyeva şəxsi təşəbbüsü ilə ərsəyə gətirdiyi, ötən gün isə paytaxtda qala gecəsi keçirilən “Ağır Romantik” filminin aktyorları Onur Tuna və Durul Bazanla birgə Şəhidlər Xiyabanı, Türk Şəhidliyi və Fəxri Xiyabanında olublar.

News24.az xəbər verir ki, R.Əliyeva və türkiyəli məşhurlar Şəhidlər Xiyabanını, Türk şəhidliyi abidəsini, Fəxri Xiyabanda ulu öndər Heydər Əliyev və Akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Onlar məzarlar önünə gül dəstələri düzüblər.