"Barmağımdakı təkdaşımın qiyməti..." - Sevda Yahyayeva NİŞAN ÜZÜYÜNDƏN DANIŞDI
    • 10-03-2020, 19:26
    • 2 625

"Barmağımdakı təkdaşımın qiyməti..." - Sevda Yahyayeva NİŞAN ÜZÜYÜNDƏN DANIŞDI

Müğənni Sevda Yahyayeva "Sevgi nəyə deyirsən sən?" adlı klipinə təqdimat mərasimi keçirib.

News24.az xəbər verir ki, media nümayəndələrini başına toplayan sənətçi ekran işində "Kənd qızı" obrazını canlandırdığını söyləyib. Nail Naiboğlunun ekranlaşdırdığı klipdə aktyor Ruslan Sabirli rol alıb.

Ifaçı ekran işindən danışıb: "Uzun müddətdir təqdimat etmirdim. Sonuncu dəfə jurnalistlərlə görüşüm təxminən 7-8 il öncə olub. Düzdür, mütəmadi olaraq onlarla tədbirlərdə görüşürdük, amma bu dəfə fərqli oldu. Mahnının musiqisisi və sözləri Əməkdar artist Ədalət Şükürova aiddir. "Sevgi nəyə deyirsən sən?" adlı mahnı 20 il öncə yazılıb. Hər dəfə Ədalət Şükürovu görəndə ondan mahnı istəyirdim, nəhayət ki, istəyim reallaşdı. Sağ olsun ki, bu cür mahnını mənə hədiyyə etdi. Ekran işində müasir kənd qızı obrazını canlandırmışam. Klip Xızıda bir gün çəkilib. Əslində kənd həyatı mənim üçün yad deyil, çünki uşaqlığım kənddə keçib. Məktəb tətillərində həmişə nənəmgilə kəndə gedirdim. Kənd, inək, toyuq, cücə., yəni bu həyatı sevirəm".

Müğənni iki gün öncə baş tutan elçiliyindən də söz açıb: "Bu xəbərim hər kəs tərəfindən çox xoş qarşılandı. Həm həmkarlarım, həm də sevənlərim, adi tamaşaçılarım tərəfindən saysız-hesabsız təbrik mesajları aldım. Bu münasibət məni çox xoşbəxt etdi. Bununla da bir daha insanlar, həmkarlarım tərəfindən sevildiyimin, hörmət qazandığımın şahidi oldum. Bütün subay həmkarlarıma bu hissi yaşamalarını arzu edirəm. Əslində bu xəbərin indi çıxmağını istəmirdik, amma belə alındı. Elçiliyim evdə sadə şəkildə oldu, nişan isə bir neçə gün sonra baş tutacaq. Nişanda ən yaxın insanlar iştirak edəcəklər".

Sevda Yahyayeva bildirib ki, toy mediayaya qapalı olmayacaq:
"Toyu qapalı eləmək mümkün deyil. Çünki istər-istəməz toya gələn hər kəs foto çəkib sosial şəbəkədə paylaşacaqlar. Toy yayda olacaq".

S. Yahyayeva üzüyündən də söhbət açıb: "Mən təkqaş üzükləri çox sevirəm və hər zaman da sadəliyə üstünlük vermişəm. Ona görə də düşünürəm ki, üzüyüm əlimə yaraşır.  Onun qiymətini isə açıqlamaq istəmirəm".

Sənətçi nişanlısıyla tanışılığından bəhs edib:
"Tanışlığımız çox qəribə oldu. Hər şey Zakirin yazdığı iki cümlədən, yəni məktubundan başladı. Mənə gələn saysız-hesabsız mesajlardan onu seçdim. Sözləri çox səmimi və doğma gəldiyindən mesajını cavabladım. Bilirsiniz, mən hər zaman hər şeyin yaxşı olacağına inanırdım. Gərək insan hər şeyə pozitiv baxsın və düşüncələrinə inansın. O zaman hər şey çox gözəl olur".

Sevda Bayramova