Azərbaycanlı məşhurdan sevdiyi xanıma qeyri-adi evlilik təklifi – Video
    • 16-09-2018, 13:00
    • 1 420

Azərbaycanlı məşhurdan sevdiyi xanıma qeyri-adi evlilik təklifi – Video

Müğənni Elnar Xəlilov sevdiyi Aysel adlı xanıma sürpriz hazırlayaraq ona evlilik təklifi edib.

Müğənni sürprizinin təbii alınması üçün aşiq olduğu xanımı aldadaraq klipində çəkilməsini istəyib. Daha sonra çəkiliş prosesində o, evlilik təklifini elan edib. Qarşı tərəf göz yaşlarını saxlaya bilməyib və sənətçinin təklifinə “hə” cavabı verib.

Qeyd edək ki, E.Xəlilov 2012 -2014-cü illərdə ukraynlı xanımla evli olub. Onun ilk nikahından bir oğlu var.

//publika.az