"Atalar heç vaxt ölmür, mələk kimi ətrafınızda olur" - SƏİDƏ DADAŞOVA
    • 17-03-2020, 10:49
    • 1 361

"Atalar heç vaxt ölmür, mələk kimi ətrafınızda olur" - SƏİDƏ DADAŞOVA

Ötən gün 74 yaşında vəfat edən Xalq artisti Rafael Dadaşovla bağlı qızı, müğənni Səidə Dadaşova duyğusal paylaşım edib.

News24.az xəbər verir ki, sənətçi ilə fotosunu sosial mediada paylaşan ifaçı şərh bölməsinə rus dilində şeir yazıb.

Şeirdə "Atalar heç vaxt ölmür, mələk kimi ətrafınızda olur" fikirləri yer alıb.

Sevda Bayramova