Şakiraya meydan oxuyacağını deyən Şəbnəmin fonoqramlı və anşlaqlı konserti - FOTOLAR
    • 17-09-2018, 11:31
    • 5 832

Şakiraya meydan oxuyacağını deyən Şəbnəmin fonoqramlı və anşlaqlı konserti - FOTOLAR

Müğənni Şəbnəm Tovuzlu Yaşıl Teatrda “Sənə xəstəyəm” adlı konsert proqramı ilə çıxış edib.

Tanınmış simaların, media nümayəndələrinin və ifaçının fanatlarının da iştirak etdiyi gecə anşlaqla yadda qalıb.

Müsahibələrində konsertdə müxtəlif şouların yaşanacağını bildirən Ş.Tovuzlu səhnəyə mosikletlə çıxıb. Müğənni  hərəkəti ilə xalq artisti Aygün Kazımovanı xatırladıb.

Belə ki,  pop diva  17 il öncə,  2001-ci ildə baş tutun “Qeyri-adi şou” adlı konsertin məkana  baykerlərin müşaiyəti ilə motosikletdə daxil olub.


Ard-arda sevilən mahnılarını səsləndirən Şəbnəm Tovuzlu bir neçə mahnısını canlı ifa etsə də daha çox fonoqrama üstünlük verib. Halbuki, ifaçının canlı oxumasında heş bir qüsur olmayıb.

Gecədə daha bir neçə maraqlı məqam yaşanıb.

Bunlardan biri səbəbkarın əməkdar atist Könül Kərimovanı səhnəyə dəvət edərək ad günü təbrik etməsi və bu münasibətlə ona xüsusi hazırlanmış, dəyəri 2 min manata yaxın olan qızıl üzük hədiyyə etməsi olub.

Həmin Ş.Tovuzlu uzun zamandır şəxsi həyatı ilə bağlı gəzən söz-söhbətlərə də son qoyub.

O, səhnəyə qayınana və qayınatasını dəvət edərək “Mama əvvəl məni bəyənmirdi. Sonra gördü ki, Şəbnəm tamam başqadır. Hazırda isə mənə ən çox dəstək olan şəxsdir” sözlərini deyib. Bununla da yoldaşının ailəsinin onu qəbul etməməsi xəbərlərinə son qoyub.

Konsertdə göz yaşı axıdanlar da olub. Müğənni tanınmasına səbəb olab “Sevənlər ölməz” mahnısını ifa edərkən şairə Nazilə Səfərli ağlayıb.
Azər Axşamın aparıcılığını etdiyi gecədə dəvət olunmuş qonaqların demək olar ki, hər biri səhnəyə çıxıb.

Konsertdən olan görüntüləri təqdim edirik:

Teymur Məmmədov
FOTO: Nurlan Gülməmmədov