Məleykə Əsədova və Afaq Aslan arasında OLAY – Kim kimin yerində oturdu? - FOTO
    • 17-09-2018, 13:08
    • 2 996

Məleykə Əsədova və Afaq Aslan arasında OLAY – Kim kimin yerində oturdu? - FOTO

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu Yaşıl Teatrda “Xəstəyəm” adlı konsert proqramı ilə çıxış edib.

Gecədə maraqlı məqam yaşanıb.

News24.az xəbər verir ki, konsertə qatılan ifaçı Afaq Aslan, 1-ci sırada Məleykə Əsədova üçün ayrılmış 1-ci sırada əyləşib. 

Oturacağın sahibi konsertə gəldikdə isə A.Aslan onun yerindən qalxmayıb. 

Xalq artisti qarşılaşdığı mənzərənin qarşısında “Nə mən, nə də qızım o tərbiyənin sahibi deyilik ki, kimisə ayağa qaldıraq” deyib, məkanı tərk etmək istəyərkən, teleaparıcı Lamiyyə Ələkbərovanın həyat yoldaşı öz yerini xalq artistinə verərək yuxarı sıraya keçib. 

Məsələ ilə bağlı Məleykə Əsədovadan münasibət öyrəndik. Aktrisa "Bu olan şeylərdir. Mən tədbirə gec gəlmişəm. Əsas odur ki, hazırda əyləşmişik. Şəbnəmə uğurlar arzu edirəm" deyərək heç bir problemin olduğını deyib. 

Təbii ki, yaşanan hadisə tək bu olmayıb. Belə ki, Şəbnəm Tovuzlu konsertdə iştirak edən bütün qonaqları salamlayarkən, A.Aslanın adını çəkməyib. 

Görünür ifaçıdan inciyən Afaq Aslan elə buna görə də məkanı yarımçıq tərk edib. 

Teymur Məmmədov
FOTO: Nurlan Gülməmmədov