Zamiq Hüseynov koronavirusa görə görün, hansı addımı ATDI - FOTOLAR
    • 20-03-2020, 11:52
    • 1 332

Zamiq Hüseynov koronavirusa görə görün, hansı addımı ATDI - FOTOLAR

Müğənni Zamiq Hüseynov daha bir nümunəvi addımı ilə xalqımızı sevindirib.

News24.az xəbər verir ki, ifaçı "İnstaqram" səhifəsində canlı yayım vasitəsilə izləyiciləri üçün mini konsert proqramı təşkil edib. "ZH Studio"da musiqiçilərinin müşayiəti ilə baş tutan gecədə Zamiq sevilən mahnılarını ard-arda canlı səsləndirib. Pop ulduz həmkarları sırasında ilk olaraq reallaşdırdığı bu jesti ilə izləyicilərini heyran edib. Hüseynov musiqili günlərin ənənəvi olacağını da bildirərək, həmkarlarını "challenge" ə çağırıb.

Qeyd edək ki, sənətçi bu layihəni koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə motivasiya xarakteri ilə həyata keçirir.

Sevda Bayramova