"Bu bayram ürəyimizə qəm, evimizə kədər gətirdi" - SƏİDƏ DADAŞOVA - VİDEO
    • 22-03-2020, 10:00
    • 1 451

"Bu bayram ürəyimizə qəm, evimizə kədər gətirdi" - SƏİDƏ DADAŞOVA - VİDEO

Müğənni Səidə Dadaşova bu yaxınlarda dünyasını dəyişən atası, Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.

News24.az xəbər verir ki, Səidə atası üçün darıxdığını bildirib: "Ata, bu gün sənsiz keçirdiyim üçüncü gündür. Torpağından sənin qoxunu almaq istəyirəm. Bu dünyada sənə doymadım. Bu bayram ürəyimizə qəm, evimizə kədər gətirdi. Oğluma yoxluğunu deyə bilmirəm. Evdə yata bilmirəm, hər tərəfdə səni axtarıram. Evimiz boş qalıb. Arxa, dayağım yoxdur evdə. Bu bayram və bundan sonrakı bayramlar sənsiz heçdir mənə. Ata, baba və nənəm üçün çox darıxırdın. İndi onlara qovuşmusan, amma bizim ürəyimizi çox yandırdın".

Sevda Bayramova