Tanınmışlardan təqdirəlayiq ADDIM - VİDEO
    • 22-03-2020, 17:54
    • 1 016

Tanınmışlardan təqdirəlayiq ADDIM - VİDEO

Xalq artisti Röya Ayxan koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.

News24.az xəbər verir ki, məşhur müğənni Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib. Bununla da müğənni, koronavirus xəstəliyinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib. Eyni zamanda, sənətçi bütün vətəndaşları COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulmağa və bu bəladan xilas olmaq üçün dövlətə öz vətəndaş dəstəyini göstərməyə çağırıb.

Xalq artisti Mənsum İbrahimov da Prezidentin təşəbbüsünə qoşulub. M.İbrahimov yaydığı video-müraciətdə koronavirusla mübarizəyə dəstək verdiyini bildirib və Prezident İlham Əliyevdən nümunə götürərək, bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyünü açıqlayıb. M.İbrahimov köçürdüyü məbləğin (1000 manat) qəbzini də paylaşıb.

Sözügedən aksiyaya həmçinin də müğənni Elçin Çəfərov, "Cahan TRİO" qrupu və prodüser Vüqar Şəfiyev qoşulub. Onlar mart ayı ərzində əldə olunan toy qonorarlarının 50% Koronavirusla Mübarizəyə Dəstək Fonduna keçiriliblər.

Sevda Bayramova



Sevda Bayramova