Tanınmış aparıcının ailəsində AĞIR İTKİ - FOTO
    • 25-03-2020, 16:37
    • 545

Tanınmış aparıcının ailəsində AĞIR İTKİ - FOTO

Teleaparıcı Könül Muxtarovanın ailəsində ağır itki baş verib.

News24.az xəbər verir ki, onun nənəsi dünyasını dəyişib.

Bu haqda Muxtarova özü məlumat verib: "Beləcə ən yaxın rəfiqəm, sirdaşım, başımın tacı, hər işimdə dayağım nənəmi itirdim. Nə qədər xəstə yatağında olsa da hər an nəzarəti üzərimdə idi. Görəsən indi mən kiminlə dərtləşəcəyəm, kiminlə zarafatlaşacağam, kim məni hamıdan qoruyacaq? Axı mən İnciyə necə deyim onun da rəfiqəsi bizi tək qoydu? İnciyə hər dəfə doğmamı itirəndə yalanlar uydurmaqdan yoruldum. Bircə rahatladığım son anında halallaşmağımız oldu. Necə sınaqlarla dolu həyatda yaşayırıq. Necə mənasızdır ömrümüzü dalaşaraq, günah işlədərək keçirmək. Heç kim özü ilə heç nə aparmır, biz nəyin həvəsindəyik? Soyuqdan qorxan nənəm, indi soyuq torpaqda yatırsa daha mənə heç kim və heçnə maraqlı deyil. Hər kəsə haqqım halal olsun, sizdən də halallıq istəyirəm. Allah heç birinizi əzizinizlə sınağa çəkməsin, ölənlərinizin ruhu şad olsun. Bu da nənəmlə 3 gün öncə və sonuncu şəklimiz oldu".

Sevda Bayramova