Emin “Terazi”ni təqdim etdi - VİDEO
    • 27-03-2020, 16:32
    • 1 641

Emin “Terazi”ni təqdim etdi - VİDEO

Azərbaycanlı vokalçı, prezident təqadüçüsü Emin Eminzadə Türkiyədə “Terazi” mahnısına çəkilən klipini təqdim edib. 

News24.az xəbər verir ki, mahnının sözləri məşhur türk yazarı Nurtan Üzə, musiqisi, Eminzadənin özünə, aranjemanı isə Emin Kərimiyə məxsusdur.  Mahnının bu yaxınlarda təqdim olunmasına baxmayaraq, artıq "Apple"-ın redaktor siyahılarına düşüb. 

Klipi məşhur türk rejissoru Elif Demiral ekranlaşdırıb. Çəkilişlər Türkiyədə kinostudiyanın pavilyonunda baş tutub. Bu klip Eminzadəyə digər layihələrindən daha baha başa gəlib.

qeyd edək ki, Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub.

Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib.

Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.