Aygün Kazımova Mübariz Mənsimova DƏSTƏK OLDU
    • 28-03-2020, 12:23
    • 1 251

Aygün Kazımova Mübariz Mənsimova DƏSTƏK OLDU

Xalq artisti Aygün Kazımova öz şəxsi hesabından çağırış edib.

News24.az xəbər verir ki, sənətçi hal hazırda həbsdə olan və vəziyyətinin günü gündən pisləşdiyi deyilən Mübariz Mənsimov barədə şəxsi instagram hesabında dəstək mesaji göndərib və bunları qeyd edib: "Əziz həmvətənlərim! Məlum olduğu kimi, saysız hesabsız insanlara dəstək olmuş dəyərli Mübariz Mənsimov bu gün çətin günlər yaşamaqdadır. Vətəninə bağlı, dövlətinə sadiq, gözəl ailə başçısı, layiqli övlad, güvənli bir dost olan Mübariz qardaşımı yaxından tanıdığım üçün, bu sınaqdan da üzüağ çıxacağına ilk gündən əminliyim olub. Lakin, keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində nasazlıq yarandığı öyrəndiyimdən bəri , özümə gələ bilmirəm. Əziz həmvətənlər, gəlin, hamılıqla bərabər, bu günlərdə, Mübariz qardaşımıza olan hörmətimizi, sevgimizi bildirməkdən usanmayaq! Bütün sənət nümayəndələrini, ictimai şəxsləri, hər kəsi Mübariz Mənsimova dəstək olmağa çağırıram! Nədənsə, kimdənsə qorxmaq lazım deyil! Mübariz olaq! Allah özü kömək olsun!"

Sevda Bayramova