Müğənni Günay İbrahimli maraqlı bir layihəyə imza atıb.
Ifaçı anasının gənclik illərində geyindiyi libasla kamera qarşısına keçib.
Günay instaqram səhifəsində yazıb ki, həmin paltar 1990-ci ilə aiddir:
“Əynimdəki bu geyimin yəqin ki, hansısa məşhur brendin builki kolleksiyası olduğunu düşünəcəksiz. Amma elə deyil. Bu paltarı mən dünyaya gəlməmişdən qabaq anam istifadə edib. Onun gənclik illərinin paltarıdır, təxminən 1990-ci ilə aiddir.
İndi anamın geyimi mənim üzərimdədir. Məncə əksər gənc qızlar anaların qarderobuna baxsalar gözəl paltarları görüb bəyənəcklər”.