Nigarla Eldar evlərinin eyvanından konsert VERDİLƏR - VİDEO
    • 30-03-2020, 18:15
    • 1 132

Nigarla Eldar evlərinin eyvanından konsert VERDİLƏR - VİDEO

Bu gündən etibarən Azərbaycan Televiziyası (AzTV) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir layihəyə start verir.

News24.az xəbər verir ki, televiziya vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalması və bu müddətdə zamanını maraqlı keçirməsi üçün "Eyvana çıx" adlı maraqlı layihəni ekranlara gətirir.

Həftənin 1-3-5-ci günləri günorta saatlarında ulduz müğənnilərin canlı konsert proqramlarını AzTV-nin efirində izləmək mümkün olacaq. Layihənin ilk qonaqları "Eurovision" beynəlxalq mahnı müsabiqəsində ölkəmizi qalib edən Eldar Qasımovla Nigar Camal olub. Konsert proqramı ətrafdakı insanların marağına səbəb olub.

Qeyd edək ki, cütlük estafeti Əməkdar artist Aygün Bəylərə ötürüb.

Sevda Bayramova