"Survivor"da gərgin anlar - VİDEO - FOTO
    • 1-04-2020, 14:15
    • 1 225

"Survivor"da gərgin anlar - VİDEO - FOTO

Türkiyənin ən reytinqli yarışmalarından biri hesab olunan "Survivor" tam sürətlə davam edir.

News24.az xəbər verir ki, verilişdə bu dəfə "Ünsiyyət" oyunu keçirilib və nəticədə "Məşhurlar" qalibiyyət əldə ediblər. Oyunu udan həmyerlimiz Pərviz Abdullayev "Whatsapp" vasitəsi ilə həyat yoldaşı ilə yazışıb.

Bununla yanaşı Pərviz yarışmanın digər iştirakçı Burakla oyun çərçivəsində mübahisə edib. Belə ki, basketbol oyunu zamanı Pərviz - Sercan və Burak-Yasin duelində Burak Pərvizin qaydanı pozduğunu iddia edib və ona reaksiya göstərib. Tərəflərin mübahisəsi zamanı Acun Ilıcalı həm Pərvizə, həm də Buraka texniki cəza verib.

Daha sonra isə Pərvizlə Burakın mübarizəsi zamanı həmyerlimiz rəqibinin bilərəkdən dizinə basıb. Nəticədə isə Pərviz oyundan kənarlaşdırılıb.

Sevda Bayramova