Klarnet ifaçısı Hüseyn BOŞANDI - EKSKLÜZİV
    • 7-04-2020, 11:26
    • 6 221

Klarnet ifaçısı Hüseyn BOŞANDI - EKSKLÜZİV

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğludan yeni xəbər var.

News24.az-ın əldə etdiyi məlumata görə o, həyat yoldaşından boşanır. Boşanma işi hazırda Xətai Rayon Məhkəməsindədir.

Klarnet ifaçısı faktı News24.az-a təsdiq edib və məsələylə bağlı bunu deyib: "Heç vaxt şəxsi həyatımla, ailəmlə gündəmdə olmaq arzusunda olmamışam. O səbəbdən də yerli media qurumlarına müraciət edirəm ki, şəxsi həyatıma hörmətlə yanaşıb məhkəmə qərarlarının heç birini müzakirəyə çıxartmasınlar".

Qeyd edək ki, İnci adlı xanımla ailəli olan Hüseyn Məhəmmədoğlunun Nur və Nigar adlı iki qız övladı var. 

Sevda Bayramova