"Ümidvaram rahat və məndən razısan..." - MURAD ARİF
    • 7-04-2020, 12:31
    • 772

"Ümidvaram rahat və məndən razısan..." - MURAD ARİF

Müğənni Murad Arif sosial şəbəkədə duyğusal paylaşım edib.

News24.az xəbər verir ki, o, bir il öncə dünyasını dəyişmiş atasını yad edib: "İstəyirəm biləsiniz ki, o çox yaxşı adam idi. Doğru, dürüst, ailəsinə, bacı-qardaşlarına yanan, artıq dərəcədə sadiq, mehriban, pis vərdişlərdən uzaq, sağlam həyat tərzi yaşayan, tamamiylə ziyalı biri.. Söhbətləri, dünya görüşü, həyat təcrübəsi ilə bir dərinliyi, marağı var idi. Dünya rəssamları, muzeyləri, ədəbiyyatı, musiqi haqqında bilgiləri ilə özünə heyran etməyi yaxşı bacarırdı. Bilirəm ki, heç kəs sona qədər yox olmur. Həm əməllərdə, həm nəsillərdə, həm də paralel aləmlərdə yaşayırıq. Ümidvaram rahat və məndən razısan. Öyüd-nəsihətlərinə diqqət etməyə çalışıram, gözəl insan. Yerin behişt olsun, ata".

Sevda Bayramova