"Həsrətlə yardım gələcək günü gözləyirdim" - ZAMİQ KASIB GÜNLƏRİNDƏN DANIŞDI
    • 8-04-2020, 13:49
    • 700

"Həsrətlə yardım gələcək günü gözləyirdim" - ZAMİQ KASIB GÜNLƏRİNDƏN DANIŞDI

Koronavirus səbəbi ilə karantin günlərini evdə keçirən məşhurlar gündəlik həyatlarını sosial şəbəkədə paylaşırlar.

News24.az xəbər verir ki, onlardan biri də müğənni Zamiq Hüseynovdur. O, "İnstagram"da canlı açaraq sevənləri ilə həmsöhbət olub: "Yetərincə ağır günlər yaşamışam. Bizə də bir zamanlar yardım edən insanlar olub. Evimiz belə yox idi. Həsrətlə bizə ediləcək yardımın gününü gözləyirdik. Mənim son illərə qədər evim olmayıb. 4-5 ildir ki, evim var. Ondan əvvəl yataqxanada qalırdıq. Daha sonra məşhurlaşmağa başladım. Maşın aldım və maşını yataqxanananın arxa hissəsində saxlayırdım. Bir dəfə mərhum sənətkar Anar Nağılbaz məni görüb soruşdu ki, sən buralarda nə gəzirsən? Mən də ona qohumumuzgilə gəldiyimi dedim. O vaxtlar bu barədə heç kimə danışmırdım, sıxılırdım. Heç bir efirdə də danışmamışam. Lakin bu gün bunu fəxrlə danışıram. Mən çətin günlər görmüşəm. Bu günümə də şükür edirəm. Bunu danışmağıma səbəb indi hər kəsin sıxıntılı günlər yaşamasıdır. Danışdım ki, az da olsa, ümidlənsinlər. Hər şey yaxşı olacaq".

Sevda Bayramova