"Maddi və psixoloji zərbələri o qədər çoxdur ki..." - AYNİŞAN
    • 8-04-2020, 15:41
    • 1 029

"Maddi və psixoloji zərbələri o qədər çoxdur ki..." - AYNİŞAN

Bu yaxınlarda ailə həyatı quran Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə karantin günlərindən yazıb.

News24.az xəbər verir ki, o, izləyiciləri səbrli olmağa dəvət edib: "Hər şərdə bir xeyir var, deyirlər. Əslində orqanizmimiz hazırda istirahətdədir. Necə ki, təbiətin canı bizim əlimizdən dincəlir. Makiyaj etmirik, üz dərimizin tonu bərabərləşir. Saçlarımız professional düzləşdirici və ya buruq edən fenlərdən xilas olub. Artıqlaması ilə yatdığımız üçün vücudumuz əməlli-başlı dincəlib. Təbii ki, maddi və psixoloji zərbələri o qədər çoxdur ki, avantajlarını görməyi belə düşünmürük...  Səbr edirik. Görək, necə olacaq bu işlərin axırı".

Sevda Bayramova