"Uşağımın dayəsini ağlatdığı üçün anamla üç ay danışmadım" - RÖYA AYXAN
    • 9-04-2020, 13:15
    • 1 026

"Uşağımın dayəsini ağlatdığı üçün anamla üç ay danışmadım" - RÖYA AYXAN

"Mən anamla üç ay küsülü qalmışam.. Buna səbəb onun Hüseynin dayəsini danlaması olmuşdu. Anamın dediyi sözlərdən dayə ağlamışdı. Mən də əsəbiləşdim, anama dedim ki, sən onu ağlada bilməzsən çünki o, mənim övladıma baxır. Nə də ona bu qədər maaş ödəyirik, deyə bilməzsən. Heç bir məbləğpul onun 10 illik zəhmətini ödəyə bilməz".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan "Sözüm var" verilişində deyib. 

Qeyd edək ki, Xalq artistinin Hüseyn adlı bir oğlu var.

Sevda Bayramova