"Sizə koronavirus haqda oxumaq istəmirik"- - SEVDA ƏLƏKBƏRZADƏ
    • 10-04-2020, 16:04
    • 832

"Sizə koronavirus haqda oxumaq istəmirik"- - SEVDA ƏLƏKBƏRZADƏ

Əməkdar artist Sevda Ələkbərzadə yenidən “Sən yadıma düşəndə” adlı ifasını səsləndirib.
 
News24.az xəbər verir ki, sənətçi bu yolla koronavirus pandemiyası səbəbiylə elan edilən karantin günlərində dinləyicilərini sevindirməyə qərar verib: "Biz sizə koronavirus haqqında mahnı oxumaq istəmədik, çünki o buna layiq deyil. Evdə qalmaq haqqında da mahnı oxumaq istəmədik. Sadəcə, bu çətin günlərdə əhvalınızı yüksəltmək, evdə qaldığınız günləri bir qədər maraqlı etmək istədik. Hamınız mənim ifamda Elza İbrahimova və Dəmir Gədəbəylinin "Sən yadıma düşəndə" mahnısını çox sevirsiniz. Ona görə əziz dostum, neçə illər birgə çalışdığım peşəkar pianoçu, tanınmış musiqiçilərlə dünya konsert səhnələrini paylaşan, hazırda Londonda yaşayan Əməkdar artist Elçin Şirinovla birgə bu mahnı ilə karantindəki günlərinizə rəng qatmaq istəyirik".

Sevda Bayramova